Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşır
- 26.05.2021, 11:54,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
LIVE.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,56% artaraq 68,75 dollar təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,01% artaraq 1 barelə görə 68,5 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,06% azalaraq 66,03 dollar təşkil edib.