"Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi oldu



Avropa Liqasında 2020/21 mövsümünə yekun vurulub.


Live.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin final matçı Polşanın Qdansk şəhərində baş tutub.

Həlledici görüşdə İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” klubları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib.

Unay Emerinin yetirmələri ilk yarıda hesabı açsalar da, İngiltərə təmsilçisi fasilədən sonra hesabda tarazlıq yaradıb. Əlavə vaxtda nə ispaniyalılar, nə də Ole-Qunnar Sulşerin yetirmələri fərqlənib.

Kubokun sahibi oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Volyarreal" turnirin qalibi olub.

Qeyd edək ki, tarixində ilk dəfə titul qazanan “Vilyarreal” bu qələbə ilə həm növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə, həm də Superkubok matçına vəsiqə qazanıb.

Avropa Liqası
Final
26 may

 “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1, pen. 11:10
Qollar: Moreno, 29 - Kavani, 55
Baş hakim: Klemen Turpin (Fransa)
Qdansk. Qdansk stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri