Suriyada keçirilən prezident seçkilərində Bəşşar Əsəd qalib oldu



Bəşşar Əsəd Suriyada mayın 26-da keçirilən prezident seçkilərində 95,1 % səslə qalib olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Xammud Sabbaq bildirib.

"Namizəd Bəşşar Əsəd üçün 13 milyon 540 min 860 səs, o, seçici səslərinin əksəriyyətini qazanıb, qalib gəldi. Suriyada və başqa ölkələrdə seçici məntəqələrində səs verənlərin ümumi sayı - 18 milyon 107 min 109 nəfər olub. Əsəd 95,1% səs toplayıb", - Sabbaq deyib.

Bununla da 2000-ci ildən prezident postunu tutan Bəşşar Əsəd daha yeddi il müddətinə dövlət başçısı seçilib. O, 2014-cü ildə keçirilən seçkilərdə 88 %-dən çox səs yığıb.

Xatırladaq ki, Suriyada prezident seçkiləri mayın 26-da keçirilib. Ölkədə səhər saat 7:00-dan gecə yarısına qədər 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib. Rəsmi məlumata görə, səsvermə prosesi zamanı heç bir əyalətdə qanun pozuntusu aşkarlanmayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri