Mövlud Çavuşoğlu: "Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır"
- 28.05.2021, 14:14,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
LIVE.az xəbər verir ki, türkiyəli nazirin təbrik mesajı onun rəsmi tvitter səhifəsində yerləşdirilib.
“Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”, – M.Çavuşoğlu deyib.