Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
- 06.08.2013, 12:58,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23, gündüz 30-34 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Qısamüddətli qeyri-sabit hava şəraitindən sonra respublika ərazisində avqustun 8-dək temperatur rejiminin tədricən yüksələcəyi ehtimal edilir. Gecə və axşam saatlarında yalnız bəzi dağlıq rayonlarda yağış yağacağı ehtimal edilir. Gözlənilən normal temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafına, pambıqda məhsuldar elementlərin formalaşmasına, çoxillik otların böyüməsinə səbəb olacaq. Əsasən yağmursuz hava şəraiti tarlalarda və bağlarda becərmə işlərinin aparılması, meyvə və bostanlarda məhsulun yığılması üçün əlverişli olacaq.