ÜST Çinin “Sinovac” peyvəndinin istifadəsini təsdiqləyib



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac” peyvəndinin istifadəsini təsdiqləyib.

Live.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Cenevrədəki qərargahı məlumat yayıb.

“ÜST bu gün COVID-19-a qarşı “Sinovac” (CoronaVac) peyvəndinin istifadəsini təsdiqləyib. ÜST ölkələri, fondları əmin edir ki, bu peyvənd təhlükəsizlik, effektivlik və istehsal üçün beynəlxalq standartlara cavab verir”, - deyə məlumatda qeyd olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri