Səhiyyə Nazirliyindən xəbərdarlıq: Maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın
- 03.06.2021, 15:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, özünü narahat hiss edən, yaxud evdə xəstə şəxsə baxan biri mütləq maska istifadə etməlidir: “Xroniki xəstəliyi olan şəsx istəsə bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır. Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maska istifadəsi tələbi olanda tibbi maskanı evdən çıxanda taxırdılarsa, indi qadağanın ləğvi insanlarda lazımi yerlərdə tibbi maskanın taxılmasını unutdurur".
Baş infeksionist bildirib ki, maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz: "Maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda nəmlənən maskanın istifadəsi düzgün deyil. Odur ki, maska istifadəsi tələbinin ləğvi arxayınlıq yaratmasın. Yoxsa, yenidən yoluxma sayında artım olacaq”.