Tramp “Facebook”a qayıtmaqda maraqlı olmadığını etiraf edib



ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Facebook” hesabını bərpa etməkdə maraqlı deyil.

Bu barədə C-Span TV kanalı məlumat yayıb.

Qeyd edək ki, telekanal Şimali Karolina respublikaçılarının qurultayını canlı yayımlayırdı və Donald Tramp da “Facebook”la bağlı fikirlərini qurultayda çıxış edərkən söyləyib:

"”Facebook” iki ildən sonra geri qayıtmağıma icazə verəcəklərini söyləyirlər. Bu isə məni xüsusi ilə maraqlandırmır".

Onu da qeyd edək ki, “Facebook” rəhbərliyi Trampın hesablarını həmişəlik bloklamaq qərarına yenidən baxıb, bildirilib ki, Tramp müəyyən şərtlər daxilində hesablarını iki ildən sonra bərpa edə biləcək.

Eyni zamanda bildirilib ki, bloku götürdükdən sonra Tramp sosial şəbəkə qaydalarını yenidən pozarsa, səhifələrinin və hesablarının tamamilə silinməsinə qədər ciddi bir sanksiya sistemi tətbiq ediləcək.




APA
Şərhlər
Dünya bölməsinin xəbərləri