Yaponiyanın ÜDM-i rekord həddə azalıb
- 08.06.2021, 11:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci maliyyə ilində (bu ilin martın 31-də bitib) Yaponiyanın real ÜDM-i illik ifadədə 4,6% azalıb. Bu, statistikanın aparıldığı 1955-ci ildən bəri ən böyük azalmadır.
İllik ÜDM-ə dair yenilənmiş statistika çərşənbə axşamı Yaponiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.
ÜDM-dəki mənfi dinamika fərdi istehlakın 2020-ci təqvim ilində 6%, ixrac həcmlərinin isə 12,5%-dən 10,5%-dək azalması ilə əlaqədardır. Son maliyyə ilində idxalın həcmi də azalıb – 6,9%.
2020-ci maliyyə ilinin IV rübündə (2021-ci ilin yanvar-mart ayları) Yaponiyanın ÜDM-i illik ifadədə 3,9% azalıb.
APA