Bu il Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb


“Bu il Azərbaycanda 41 uşaq övladlığa verilib”.


Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev “Sosial saat”da deyib.


O bildirib ki, bunun üçün elektron qaydada müraciət olunur: “Bundan sonra müvafiq prosedurlar həyata keçirilir, yerində qiymətləndirmələr aparılır. Uşağın ailəyə uyğunluğu, ailənin sosial vəziyyəti araşdırılır. Məqsəd odur ki, uşaq gələcəkdə övladlığa verildikdə o ailədə xoşbəxt, sosial təminatı yaxşı olsun”.
Şərhlər
Sosial bölməsinin xəbərləri