Akademikin evindən 60 min dollar oğurlayan qadın onun xidmətçisiymiş
- 06.08.2013, 13:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Akademikin evindən oğurluq edən qadın həmin evdə xidmətçi işləyirmiş.
Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Polisdən həmçinin bildirilib ki, oğurluq hadisəsini törədən Bakı Şəhər sakini Nərmin Şaiq qızı Abbasova 1983-cü il təvəllüdlüdür.
***
Ötən gün Bakıda akademikin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nərmin Abbasova saxlanıb.
Qeyd edək ki, ötən gün Yasamal rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngəl-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.