AVRO-2020: Bakıda tarixi oyun
- 12.06.2021, 17:07,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Uels-İsveçrə matçına baxıblar
İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
LIVE.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionuna keçirilən Uels-İsveçrə matçına baxıblar.
Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil.
Uels-İsveçrə matçı gərgin mübarizə şəraitində keçdi. Matçın ilk hissəsi qolsuz başa çatdı. İsveçrə millisinin hücumçusu Breel Embolo matçın 49-cu dəqiqəsində hesabı açdı.
Bundan sonra hücumlarının sayını artıran Uels komandası 74-cü dəqiqədə Kieffer Murun qolu ilə hesabı bərabərləşdirdi.
Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmadı. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı.
Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə - Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.
///
Bakıda açılış mərasimi olub
AVRO-2020-nin Bakıda keçirilən ilk oyunu öncəsi açılış mərasimi keçirilib.
Tədbir Uelslə İsveçrə arasında keçirilən oyundan bir neçə dəqiqə əvvəl baş tutub.
Mərasimdə Bakı Olimpiya Stadionunda Bakını tərənnüm edən görüntü, Avropa çempionatının kuboku və iştirakçı hər iki komandanın forması dalğalanıb.
Qeyd edək ki, açılış mərasimləri turnirin keçirildiyi 11 şəhərin hər birində ilk oyun öncəsi baş tutur.
///
Bakıda tarixi oyun
Bu gün AVRO-2020-də daha üç oyun keçiriləcək.
LIVE.az-ın məlumatına görə, altı komanda I turun matçına çıxmaqla çempionatda mübarizəyə start verəcək.
Bakı tarixində ilk dəfə qitə çempionatının görüşünü qəbul edəcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bu matçla A qrupunda ilk tur başa çatacaq.
Digər iki oyun B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka yarışın debütantı Finlandiyanı sınağa çəkəcək.
Günə Sankt-Peterburqda yekun vurulacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək.
Qeyd edək ki, ilk turun oyunları iyunun 15-dək davam edəcək.
AVRO-2020-nin təqvimi
I tur, 12 iyun
A qrupu
17:00. Uels – İsveçrə
Baş hakim: Klemen Turpin (Fransa)
Bakı Olimpiya Stadionu
B qrupu
20:00. Danimarka – Finlandiya
Baş hakim: Entoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu
23:00. Belçika - Rusiya
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
Sankt-Peterburq stadionu