Paşinyan çıxışı zamanı çoxlu səhv edib



Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Geğarkunik bölgəsindəki seçkiqabağı mitinqdəki çıxışı zamanı gülünc vəziyyətə düşüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya prezidenti, daha sonra isə baş naziri adlandırıb.

“Rusiya prezidenti ... baş naziri Sergey Lavrov İrəvana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...”, - deyə çıxış edən Paşinyan öz səhvinin fərqinə də varmayıb.

Ondan arxada dayanan ərazi idarəedilməsi və infrastruktur naziri Suren Papikyan və xanımı Anna Akopyan da Paşinyanın bu səhvinə gülümsünüblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri