Blinken: "ABŞ Azərbaycanın 15 ermənini qaytarmasını alqışlayır"
- 13.06.2021, 14:32,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini alqışlayır.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken "Twitter"də paylaşım edib.
"ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır. Tərəflər arasında müzakirələrin təmin edilməsində vacib rol oynadığı üçün Gürcüstan hökumətinə minnətdarıq. Bu cür addımlar region xalqlarını layiq olduqları dinc gələcəyə daha da yaxınlaşdıracaq", - deyə dövlət katibi bildirib.