Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb


Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb.


Samur Gömrük Postundan APA-ya verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi.


Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxıla yük maşınlarının sayı artırılmışdı.
Şərhlər
Sosial bölməsinin xəbərləri