Avropa iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq vaxt açıqlanıb



Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard (Christine Lagarde) bildirib ki, onun gözləntilərinə görə, Avropa iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2022-ci ilin I rübündə qayıdacaq.

Bu, ECB-nin verdiyi əvvəlki proqnozdan bir rüb daha tezdir.


K. Laqardın sözlərinə görə, iqtisadi bərpa artıq başlayıb və bank artıq sözügedən artımın dəstəyi ilə məşğuldur. Bundan əlavə, bank rəsmisi əlavə edib ki, ECB-nin təşəbbüsü olan PEPP ("Pandemic emergency purchase programme") proqramının (bankın pandemiyaya qarşı başlatdığı qeyri-standart monetar siyasət) dayandırılması haqqında danışmaq hələ tezdir.

Qeyd edək ki, PEPP pandemiya vəziyyətində özəl və dövlət sektoru qiymətli kağızları üçün müvəqqəti satınalma proqramıdır. Sözügedən proqramın bitmə tarixi 2022-ci ilin mart ayının 31-nə müəyyənləşib.




APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri