Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu




Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

LIVE.az-ın məlumatına görə, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib.

 Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

 
Şərhlər
İdman bölməsinin xəbərləri