Azərbaycanın hakim partiyası İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim edib
- 06.08.2013, 15:36,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin seçki sənədlərini Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.