Almaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakı ilə bağlı təkliflər hazırlanır


"Almaniya-Azərbaycan Ticarət Palatası azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpasında iştirak etməkdə maraqlı olan Almaniya şirkətləri üçün təkliflər hazırlayır".

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Report”a bildirib.

Onun sözlərinə görə, Almaniya işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası prosesində iştirakını nəzərdən keçirməyə hazırdır. Lakin ilk növbədə bu torpaqların minalardan təmizlənməsi həyata keçirilməlidir.

“Biz həmçinin UNDP ilə ərazilərdə humanitar minatəmizləmə prosesini müzakirə edirik. Almaniya-Azərbaycan Ticarət Palatası azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpası prosesinin bir parçası olmaq istəyən Almaniya şirkətlərinin məlumatlandırılması ilə bağlı təkliflər hazırlayır”, - səfir bildirib.

Diplomat vurğulayıb ki, minaların təmizlənməsindən başqa, regionda sabitlik də bərpa edilməlidir. Bu isə bütün investorlar üçün vacib məsələdir.

Şərhlər
Siyasət bölməsinin xəbərləri