Türkiyənin koronavirusa qarşı yerli vaksini "TURKOVAC" adlanıb
- 23.06.2021, 13:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə yerli peyvənd sınaqlarının üçüncü mərhələsinin başladığını elan edib.
Dövlət başçısı bildirib ki, yerli istehsalı olan peyvənd "TURKOVAC" adlanıb:
"Koronavirusa qarşı yerli peyvənd sınaqlarının üçüncü mərhələsi ilə Türkiyə bu sahədə yeni bir səhifə açır".
R.T.Ərdoğan onu da qeyd edib ki, Türkiyədə bir neçə həftə ərzində koronavirusa qarşı vaksinasiya prosesi 18 yaşdan yuxarı əhalinin hamısını əhatə edəcək.