Lənkəranda boşanmaların sayı artır

Lənkəranda boşanmaların sayı artır Bu ilin 6 ayı ərzində Lənkəranda bağlanan nikahlarla müqayisədə boşanmaların sayının artması xüsusi diqqət çəkir.


Trend Cənub TV-yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Lənkəran rayon Qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Tağıyev bildirib.
Tağıyev qeyd edib ki, 2012-ci il ərzində boşanmaların sayı 102 olduğu halda, təkcə 2013-cü ilin 6 ayı ərzində elə həmin rəqəm, yəni 102 boşanma faktı qeydə alınıb:


"Bu kəskin fərq və ürəkağrıdan göstərici cəmiyyətimizi düşündürməli, boşanmaların minimuma endirilməsi istiqamətində müvafiq tədbirlərin, o cümlədən maarifləndimə tədbirlərinin görülməsini zəruri etməlidir. Cütlüklərin isə ailə qurarkən evliliyin məsuliyyətini dərk etməsi onların özləri və dünyaya gələcək uşaqları üçün daha xeyirli olardı."
Şərhlər
Hadisə bölməsinin xəbərləri