Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”



Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında həlledici rol oynayıb.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında çıxışı zamanı bildirib.
 
O, ölkəsinin Cənubi Qafqazda dinc həyatın bərpa olunması üçün şəraitin yaradılmasında vacib rol oynadığını vurğulayıb.

“ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə tərəflər arasında inamın möhkəmləndirilməsi və humanitar layihələrin həyata keçirilməsinə kömək edirik”, - deyə Rusiya XİN başçısı qeyd edib.



APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri