Xalq artisti Emin Ağlarov sevənlərinə yeni klip təqdim edib.
LİVE.az xəbər verir ki, sənətçi "Otpusti i leti" adlı mahnısını Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda lentə aldırıb.
Xalq artisti "Instagram" hesabında klipin İsmayıllıda çəkilməsinin şəxsi fikri olduğunu bildirib:
"İndiyə qədər belə bir klip çəkdirməmişdim. Ekran işinin çəkilişlərinə 3 gün vaxt sərf olunub. Klip əvvəl İsmayıllıda, daha sonra Xızıda lentə alınıb. Çəkilişlər Azərbaycanın heç vaxt olmadığım yerlərində çəkildiyinə görə çox xoşbəxtəm”.