Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı






Azərbaycanda "Dəmir yumruq" abidəsi qoyulub.

LİVE.az Report-a istinadla xəbər verir ki, abidə Xocavənd rayonunun Hadrut qəsəbəsində ucaldılıb.

Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Qeyd edək ki, "Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.



 
Şərhlər
Sosial bölməsinin xəbərləri