İslandiya Avropada ilk olaraq COVID-19 məhdudiyyətlərini ləğv edir



İslandiya koronavirusun yayılmasına qarşı mübarizə üçün tətbiq olunmuş bütün daxili məhdudiyyətləri ləğv edir.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti rəsmi saytda bildirib.

Məhdudlaşdırıcı tədbirlər keçən ilin martında tətbiq olunub. Artıq yaşlı əhalinin 87 faizi COVID-19-a qarşı vaksinin azı bir dozasını alıb, və təxminən 60 faiz tamamilə peyvənd edilib.

Bazar günündən İslandiya sakinləri daha sosial məsafəyə riayət etməyə məcbur deyillər. Bundan başqa, qoruyucu maskalardan istifadə və toplantı məhdudiyyətləri ləğv olunub.

"Biz cəmiyyətin rahat həyatına və cəhd etdiyimiz qaydaya qayıdırıq", - səhiyyə naziri Svandis Svavarsdottir deyib.

“Bloomberg” agentliyi ondan sitat gətirərək qeyd edib ki, İslandiya belə qaydaları ləğv etmiş ilk Avropa ölkələrindən biri ola bilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri