“Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri klublarını ziyana saldı
- 06.08.2013, 15:49,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumtına görə, iclasda Premyer Liqanın I turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qərar verilib.
Premyer Liqanın I turunun "Neftçi" - AZAL matçının 13 və 36-cı dəqiqələrində "Neftçi" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
Premyer Liqanın I turunun "Sumqayıt" - "Xəzər Lənkəran" matçının 64-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin I turunun "Sumqayıt" - "Xəzər Lənkəran" matçının 36-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə futbolçu 3 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.