Nazir peşə təhsili sahəsindəki problemləri açıqlayıb



“Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. Yüksək peşə ixtisas təhsilinə başlamışıq. Onlar öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər”.

LIVE.az Report-a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmruyllayev deyib.

Nazir hesab edir ki, bununla da peşə təhsilə maraq artacaq: “Son illər ölkədə peşə təhsilinə marağın artdığının şahidi oluruq. Belə ki, son ildə peşə təhsilinə 30 % məzun gəlmək istəyib. Vacib məsələ peşə məktəbini bitirən şəxsin sonradan iş yeri tapmasıdır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 42 məzunu iş tapa bilib. Deyərdim ki, bu rəqəm bəzi ali məktəblərin göstərisindən daha yaxşıdır”.

E.Əmrullayev bildirib ki, məzunların işlə təminatında peşə təhsili böyük potensiala malikdir: “Lənkəran və Bakıda iki yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Bu il Sumqayıtda peşə məktəbinin planlaşdırılmasını həyata keçirəcəyik. Bir çox bölgələrdə peşə təhsil müəssisəsi yoxdur. Peşə təmayüllü siniflərə başladıq. Bu gün üçün 35 məktəbdə peşə təmayüllü sinfin məzunu var. Növbəti il bu sayın 60-a qaldırılması planlaşdırılır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri