Polşanın "Legiya" klubu Mahir Emrelinin qolları ilə Çempionlar liqasında qalib gəldilər

 


Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.

Live.az-ın məlumatına görə, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.

Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını Emreli vurub. 24 yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənib.

Forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib.

Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri