Nazir: "İqtisadi rayonların yeni bölgüsü səmərəli investisiya siyasətinin icrasını təmin edəcək"
- 08.07.2021, 20:22,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək".
LIVE.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır.
“İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcək”, - nazir əlavə edib.