Naxçıvan ötən il 117 milyon manat qazanıb, 485 milyon manat xərcləyib
- 08.07.2021, 21:54,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ildə Naxçıvan MR-da dövlət büdcəsinin gəlirləri 116,7 milyon manat, xərcləri isə 485,345 milyon manat təşkil edib.
Bu barədə muxtar respublikanın maliyyə naziri Rafael Əliyev məlumat verib.
Onun sözlərinə görə, ötən il büdcə gəlirlərinin 88,686 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 24,956 milyon Dövlət Gömrük Komitəsinin, 2,74 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətləri, 336 min manatı isə digər mənbələr hesabına formalaşıb. Büdcə xərclərinin isə 442,478 milyon manatı cari xərclər, 42,379 milyon manatı isə əsaslı xərclər olub.
Hesabat dövründə dövlət büdcəsindən investisiya layihələrinin həyata keçirilməsi üçün muxtar respublikaya 43,7 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan tikinti quraşdırma işləri aparan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına nəzarət edilib, müvafiq araşdırmalar aparılaraq layihələr yenidən qiymətləndirilib, bu əsasda 3,816 milyon manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb.