Tramp prezident seçkilərində iştirak planlarını hələ açıqlaya bilməyəcəyini söyləyib



ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair artıq qərar verdiyini bildirib.

APA-nın TASS agentliyinə istinadən məlumatına görə, lakin o, seçki kampaniyasının maliyyələşdirilməsində yarana biləcək problemlər səbəbi ilə hələlik qərarının nə olduğunu açıqlaya bilmədiyini söyləyib:
 
"Bəli, bir qərar verdim, bu dəqiqdir. Ancaq kampaniyanın maliyyələşdirilməsində yarana biləcək çətinliklər səbəbindən hələ bunu açıqlaya bilmirəm".

Tramp bu çətinliklərin nə olduğuna aydınlıq gətirməyib.

Qeyd edək ki, Tramp bu il 28 fevralda Florida ştatının Orlando şəhərində keçirilən konfransda çıxışı zamanı yenidən prezidentlik uğrunda mübarizədə iştirak edə biləcəyini etiraf etmişdi.

O, Ağ Ev uğrunda mübarizədə respublikaçı namizədin qələbə qazanacağına inandığını da bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri