Mobili: "Şuşada da işğal dövründə erməni vandallığının, saxtalaşdırmasının elementlərini gördük"
- 11.07.2021, 21:00,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu, torpaqlar işğaldan azad olunandan sonra bizim Qarabağa səkkizinci səfərimizdir. Daha əvvəl Şeyx Həzrətləri ilə Ağdama da səfərimiz olub. Hər səfərimizdə erməni saxtakarlığının, vandalizminin şahidi oluruq".
LİVE.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Şuşada səfərdə olan Alban udi dini icmasının rəhbəri Robert Mobili bildirib. O deyib ki, Şuşada həm İslam, həm də xristianlıq abidələrində olublar:
"Kilsələrdə də saxtalaşdırma elementlərini gördük. Şuşada 30 illik işğal dövründə erməni vandallığının, saxtalaşdırmasının elementlərini müşahidə etdik. Bizim icma xüsusilə Qarabağda olan alban abidələrini ziyarət edəndə ermənilərin 30 il ərzində törətdiyi vəhşiliyin şahidi olduq. Həmişə dua edəndə ilk olaraq şəhidlərimizi yada salırıq. Qazilərimizə də can sağlığı arzu edirik. Şuşadan hər zaman Azərbaycanın səsini eşidək. Ən böyük arzum odur ki, hər bir Azərbaycan vətəndaşı buranı ziyarət etsin, işğaldan azad olunmuş yerləri öz gözləri ilə görsünlər. Mən Xudavəng monastırında, Laçında Ağoğlanda da olmuşam. Qarabağda qədim mədəni irs çox zəngindir. Bu bizim irsimizdir, erməni irsi ilə heç bir əlaqəsi yoxdur. Cənab Prezident dediyi kimi Şuşa da buna bariz nümunədir. Biz gördük ki, həm İslam, həm də xristianlıqla bağlı abidələr bərpa olunur, həm də çox sürətlə. Biz bunu çox yüksək qiymətləndiririk, Cənab Prezidentin bu addımını dəstəkləyirik, çünki Azərbaycan qədim, çoxmillətli, çox konfessiyalı ölkədir. Bu ziyarətdə həm yəhudi dini icması, həm pravoslav, həm katolik kilsəsinin nümayəndələri, dini icma rəhbərləri buradayıq və Şuşa bizim üçün çox doğmadır".