Şəhriyar Məmmədyarov Harri Kasparova yenə qalib gəlibBlits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.
Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.
Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.
Blits
X tur. Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
XI tur. Yan Nepomnyaşi (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XII tur. Şəhriyar Məmmədyarov - Yorden Van Forest (Niderland) – 1:0
XIII tur. Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XIV tur. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) – 1:0
XV tur. Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XVI tur. Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) – 0:1
XVII tur. Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
XVIII tur. Aniş Qiri (Niderland) - Şəhriyar Məmmədyarov – 1:0
Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) - 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3. Aniş Qiri (Niderland) - 20,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 19.
///
Şəhriyar Məmmədyarov: "28 ildir Kasparovla oyunu gözləyirdim"
"28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub".
LİVE.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
O, Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini şərh edib: "Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası".
///
Şəhriyar Məmmədyarov Harri Kasparovu məğlub edib
Rapid və blits şahmat üzrə “Grand Chess Tour” davam edir.
Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşlərini keçirib.
O, VI tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Azərbaycan şahmatının yetirməsi olan rəqibi ilə ilk dəfə üz-üzə gələn Məmmədyarov blitsdə cəmi 7 gedişə qələbə qazanıb.
Blits
I tur. Maksim Vaşye-Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov - 1:0
II tur. Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya) - 1:0
III tur. Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov - 0:1
IV tur. Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk (Rusiya) - 0:1
V tur. Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov - 1:0
VI tur. Şəhriyar Məmmədyarov – Harri Kasparov (Rusiya) - 1:0
VII tur. Anton Korobov (Ukrayna) - Şəhriyar Məmmədyarov - 1:0
VIII tur. Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
IX tur. Şəhriyar Məmmədyarov – Aniş Qiri (Niderland) - 0,5:0,5
Turnir cədvəli: 1. Yan Nepomnyaşi (Rusiya) - 17 xal, 2. Maksim Vaşye-Laqrav (Fransa) - 16,5, 3. Aniş Qiri (Niderland) - 15,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 13.
Qeyd edək ki, yarış iyulun 12- də bitəcək.