Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb


Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında bu gün baş tutmuş telefon danışığında tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.




APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri