Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncəyə səfər edib

 

 Türkiyənin Bakıdakı səfiri Doç. Dr. Cahit Bağcı, Bakı Səfirliyi Ticarət Müşavirləri Ahmet Erdal, Yakup Sefer Eser Çengel və Türk Hava Yolları Bakı Müdürü Seyfullah İlyas ilə 11.07.2021-ci il etibariylə başlatdığı Gəncə səfəri çərçivəsində Gəncə Baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikası Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsi rəisi Dilavər Fərzəliyev və Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi Səməd Qaralov ilə birlikdə Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsini ziyarət edərək, tranzit keçidlər, yaşıl zona, Xray kimi tətbiqlərə yerində baxış keçirərək məlumat almış, məntəqədən keçən yükdaşıyanlarla görüşmüşdür.

LIVE.az xəbər verir ki, səfir Bağcı, Gəncə Baş konsulluğuna etdiyi ziyarətdən sonra Gəncə şəhər İcra Başçısı Niyazi Bayramovla da görüş keçirmişdir. Gəncə Baş konsulu Zəki Öztürk və Ticarət Müşavirlərinin də iştirak etdiyi görüşdə Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat verən Bayramov, səfiri Gəncədə görməkdən məmnunluq duyduğunu dilə gətirərək 44 günlük vətən müharibəsində Azərbaycanın yanında olan qardaş Türk xalqına və başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün dövlət qurumlarına dərin minnətdarlığını bildirmişdir.

İcra Başçısının isti qarşılamasına təşəkkür edən Səfir Bağcı, elm və mədəniyyət mərkəzi olan Gəncədə olmaqdan çox məmnun olduğunu, həm siyasi həm də mənəvi olaraq Azərbaycana yaxın olan Türkiyənin qardaşlıq vəzifəsini yerinə gətirdiyini, Azərbaycanda istifadə olunan “Bir gözümüz ağlarkən, digər gözümüz güldü.” kimi gözəl bir deyim olduğunu, Azərbaycanın 44 günlük vətən müharibəsində çox sayda şəhid verməyinə baxmayaraq qələbə qazandığını, ərazi bütövlüyünü yenidən təmin etdiyini və qələbə sevincini yaşatdığını, dörd dəfə Qarabağa etdiyi səfərlərin hamısında ayrı bir qürur və sevinc duyduğunu, Ağdam, Füzuli və digər bölgələrin Prezident İlham Əliyevin rəhbərliyində dövlətin yenidən inşa edib canlandıracağına inandığını ifadə etmişdir.

İcra başçısı ilə görüşün ardından Səfir Bağcı, İcra Başçısı Bayramov və heyət ilə Gəncə Şəhidlər Xiyabanını və 44 günlük müharədə erməni silahlı qüvvələrinin hücumuna məruz qalan bölgəni ziyarət etmişdir. İcra başçısı Bayramov burada Gəncəyə 4.5.8.11 və 17 oktyabr tarixlərində ermənilər tərəfindən hücuma məruz qalmış bu hücumların nəticəsində aralarında uşaqların, gənclərin və qadınların da olduğu 26 nəfərin həlak olduğunu, 150-dən çoxunun yaralandığını, evlərin, ticarət obyektlərinin, dini, mədəni və tarixi əsərlər ilə təhsil ocaqlarının ağır ziyan gördüyünü vurğulamışdır. Burada Gəncə səfərinin məqsədinin Türkiyənin Azərbaycan ilə hər sahədə əməkdaşlığının daha da inkişaf etdirmək olduğunu və Gəncəyə tez-tez gələcəyini vurğulayan səfir Bağcı medyaya aşağıdakı kimi açıqlama vermişdir.

“Ermənilər cəbhədə göstərə bilmədikləri mübarizəni mülki vətəndaşların üstünə bamba yağdıraraq, müharibənin şəklini dəyiştirməyə qarşı həmlələrin olduğu bir yerdəyik. Azərbaycan, Qarabağı azad edərək. Daha güclü bir Azərbaycan olma yolunda əmin addımlarla irəliləmişdir. İşğaldan azad olan hər rayona sancılan bayraq Türkiyəyə əks olunduğunda sizin coşğunuz bizim coşğumuz olmuşdur. Vətə müharibəsidə Azərbaycan Bayrağı hər rayonda hər kənddə dalğalandığında minarələrdən oxunan azanları eşitdiyimizdə sizlər qədər biz də Ankarada coşduq, sevindik, şükür etdik. Bu müharibə Qafqaz üçün Xəzər üçün Türk Dünyası üçün önəmli bir dönüş nöqtəsidir. Türkiyə bu müharibədə Tovuzda ilk hücumların başladığı andan etibarən qardaş Azərbaycanın yanında olmuş, siyasi və mənəvi olaraq dəstək vermişdir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən Azərbaycan Prezidenti İlham Əliyevə dəstəyini açıqlamışdır. Prezident İlham Əliyevi qəhrəman Azərbaycan Ordusunu və onun arxasında dayanan qardaş Azərbaycan xalqını Qarabağ Qələbəsindən ötürü təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirəm. Ümummilli lider H. Əliyevin xəyalı gerçək oldu. 116-sı Gəncədən olmaqla təxmini 2900 şəhid var. Halhazırda Gəncədə olduğumuz yerdə erməni ordusunun hücumu nəticəsində mülki vətəndaşlar həyatlarını itirmişdir. Ermənilər 30 il işğal altındakı torpaqlarda istehkam qazaraq bu işğalın 44 gündə bitəcəyini düşünmürdülər. Ancaq Prezident, Ali Baş komandan İlham Əliyevin “dəmir yumruğu” ermənilərin 30 ildir inşa etdikləri istehkamları yıxdı. Türkiyə Cumhuriyyətinin  qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə bitirmək istəyirəm: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.” H. Əliyevin dediyi kimi “biz bir millət, iki dövlətik.” Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi “Azərbaycanın hər zaman yanında olacağıq. Birliyimiz, Qardaşlığımız, qardaşlığımız birliyimiz üçündür. Biz bir ananın iki oğluyuq.”

Nizami Gəncəvi Türbəsi və muzeyi ilə İmamzadə ziyarətindən sonra səfir Bağcı nahardan sonrakı görüşləri çərçivəsində Gəncə Dövlət Universiteti rektoru Yusif Yusubov, Ziraat Bank Gəncə Filialı səlahiyyətliləri və Azərbaycan Dövlət Aqrar Universiteti rektoru İbrahim Cəfərovla görüşmüş, Gəncənin 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinə üç ay kecici paytaxtlıq etmiş, Milli Şuranın toplandığı ADAU rektorluq binasını və Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi İstiqlal Muzeyini, bundan başqa TİKA Baku Ofisi tərəfindən ev muzeyə halınan salinan Qafqaz İslam ordusu komandanı Nuri Paşanın iqamətgah və qərargah olaraq istifadə etdiyi evi şəhər mərkəzindəki tarixi yerləri ilə Gəncədə fəaliyyət göstərən bir türk firmasını ziyarət etmişdir.

Səfər 12.07.2021-ci il tarixində başa çatmışdır.



















 
Şərhlər
Siyasət bölməsinin xəbərləri