Jurnalistlər üçün təlim keçirilib
- 16.07.2021, 14:20,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq online media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlim təşkil edib.
LİVE.az xəbər verir ki, təlim Hilton oteldə bir tam gün həyata keçirilmişdir. Layihənin məqsədi Azərbaycanda online media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsi olub.
Təlim zamanı jurnalistlər günün trendləri olan açar sözlərdən istifadə, sosial şəbəkələrdə reklam, məlumat axtarış sistemlərində ilk sıralarda çıxma, aktiv oxucu qazanmaq metodları və digər mövzularda məlumatlar əldə etmişdir. Qeyd edək ki, terendlər və yenilikləri jurnalistlərə peşəkar təlimçilər Samir Mehdi və Turqut Həmid çatdırıb. Təlimimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.