Avropa Şurasının prezidenti Azərbaycana gələcək



Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

LİVE.az-ın xəbərinə görə, bunu Report qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri