"Qarabağ"ın aparıcı futbolçusunun beyni silkələnib (VİDEO)

"Qarabağ" klubunun aparıcı futbolçularından biri olan Riçard Almeyda beyni silkələndiyindən komandasına İsveçdə keçiriləcək "Gefle" ilə matçda kömək edə bilməyəcək. Almeyda bu zədəyə "Qarabağ"-"İnter" matçında məruz qalıb.

O, rəqib futbolçu Bryus Abdulay ilə toqquşduqdan sonra görüşü davam etdirə bilmiyib. Oyundan sonra xəstaxanaya çatdırılan futbolçu müayinə olunub və həkimlər ona beyin silkələnməsi diaqnozu qoyublar.

Riçard Almeydaya ən azından bir həftə topla çalışmalar qadağan olunub. Məhz bu səbəbdən Almeyda Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Gefle" ilə cavab matçını buraxmalı olacaq.

Xatırladaq ki, ilk matçda Qarabağ Bakıda Gefleyə 1-0 hesabıyla qalib gəlib.



Şərhlər
İdman bölməsinin xəbərləri