Azərbaycan Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq
- 17.07.2021, 18:25,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək.
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) LIVE.az-a verilən məlumata görə, AZAL təyyarələri ilə Tacikistanda və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.
Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda Düşənbə şəhərinə həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürmüşdür.