“Land of fire Azerbaijan” yazısı daha bir Avropa klubunun geyimində yazıldı.
Live.az-ın məlumatına görə, azərbaycanlı iş adamı Hafiz Məmmədovun səhmlərinin əksər hissəsinin sahibi olduğu Fransanın “Lans” klubu yeni mövsümdən üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma geyinib.
Dünən ikinci liqanın “Bastiya”ya qarşı baş tutan ilk matçında “Lans” bu forma ilə meydana çıxıb.
Yeri gəlmişkən, bu qarşılaşmada “Lans” 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, Fransa təmsilçisi Madrid “Atletiko”sundan sonra “Land of fire Azerbaijan” forması geyinən ikinci Avropa klubu olub.