Gəncədə üç şadlıq evinin rəhbəri inzibati qaydada həbs edilib
- 21.07.2021, 12:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması aşkar edilib.
Belə ki, “Tural” və “Min Bir Gecə” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə “Gəncə Palas” şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.