Baş prokuror: “Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub”
- 03.08.2021, 13:01,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, deputatın bu hərəkəti ilə polisin timsalında dövlətin nüfuzuna zərbə vurulub: “Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi açılması hüquqa çərçivəsindədir. Hakimiyyət nümayəndələri həmişə vəzifəli şəxs sayılır. Milli Məclisin deputatları da klassik olaraq vəzifəli şəxslərdir. Cinayət Məcəlləsinin 315-ci maddəsi isə hakimiyyət nümayəndəsinə zor tətbit etməklə bağlıdır. Lakin burada xidməti vəzifə anlayışı var, yəni 315-ci maddə xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə zor tətbiq etmək halı ilə bağlıdır".
Report