Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib
- 06.08.2021, 18:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində xəsarət alan və ötən gün xəstəxanada vəfat edən Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov dəfn olunub.
Polis əməkdaşı ilə vida mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
"Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!", - DİN-in yaydığı məlumatda bildirilib.
Report