"Azercell" mobil nömrə daşınma xidmətinin tətbiqinə tam hazırdır

Hər zaman abunəçilərinin ən son texnoloji yeniliklərdən faydalanmasını təmin edən "Azercell" Telekom ölkədə Mobil Nömrə Daşınma (MND) xidmətinin tətbiqi layihəsində əhəmiyyətli dəstəyini göstərmişdir. Layihənin uğurlu tətbiqi üçün müxtəlif sınaqlar aparan "Azercell" şirkəti artıq uzun müddətdir ki, MND xidmətlərinin həyata keçirilməsi üçün tam texniki hazırlıq vəziyyətindədir.

Bu layihənin gerçəkləşməsi bütün aidiyyatı tərəfdəşlardan asılı olduğundan, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə tam olaraq həyata keçiriləcək. MND xidməti yalnız bir mobil operator tərəfindən müstəqil şəkildə tətbiq edilə bilməz. Layihə yalnız o zaman başlanmış hesab edilə bilər ki, ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar bu sistemə keçid əldə edə bilsinlər. Hal-hazırda layihənin tətbiqi bütün səviyyədə son yoxlamalar mərhələsindədir və ümid edirik ki, abunəçilər bu sistemdən tezliklə faydalana biləcəklər.

MND ilkin qeydiyyat sistemindən yararlanaraq abunəçiləri bu səhifəyə keçid almağa və yüksək keyfiyyətli rabitə şəbəkəsindən faydalanmağa dəvət edirik: http://www.azercell.com/az/help/mnp

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır.Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azercell Ekspres" ofisləri və s. Azərbaycanınmobilrabitəbazarındakıpayı 53% olan "Azercell"in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilinsonuna Azercell abunəçilərininsayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildəisə 4G xidmətini təqdim edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri