NATO "Taliban"ı əcnəbilərin ölkəni tərk etməsinə mane olmamağa çağırıb
- 20.08.2021, 19:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
NATO-ya daxil olan ölkələrin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.
"Report" TASS-a istinadən xəbər verir ki, birgə bəyanat Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasdan sonra qəbul olunub.
Bəyanatda deyilir: "İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkələrin vətəndaşlarının və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini təşkil etməkdir. Əfqanıstandakı indiki hakimiyyəti əcnəbilərin ölkəni rahat şəkildə mane olmamağa çağırırıq".
O da bildirilir ki, indiki hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməli, əfqanların insan hüquqlarını qorumalı, humanitar girişə mane olmamalıdır.
NATO XİN başçıları qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiq olduqlarını vurğulayıblar.