Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atılıb
- 26.08.2021, 22:44,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Livr.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə səbətlərdən komandaları İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçuları Maykl Essyen və Branislav İvanoviç çıxarıb.
Beləliklə, qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)
B qrupu: "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)
C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)
D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)
E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)
F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)
G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)
H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)
Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.