Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb
- 27.08.2021, 15:38,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş parlayışda ölənlərin ayı artır.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) ölənlərin sayının 9 nəfərə çatdığını açıqlayıb. Həlak olanlar arasında FHN əməkdaşları da var.
Müdafiə naziri Nurlan Yermekbayev isə baş verən hadisəyə görə istefaya getmək niyyətində olduğunu bildirib.
“Mən Cambul vilayətində silah-sursat anbarında baş verənlər haqqında öyrənəndə artıq özüm üçün qərar vermişəm, istefamı xahiş edəcəm. Qərarı isə ölkə başçısı qəbul edəcək”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, hazırda əsas məsələ hadisənin nəticələrinin aradan qaldırılmasıdır.