Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb
- 27.08.2021, 15:39,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Avropa Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
LIVE.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 32 komanda 8 qrupa bölünüb.
Son 8 ildə ilk dəfə püşkatmada Azərbaycan klubu olmayıb. Ardıcıl 7 dəfə bu turnirin qrupunda təmsil olunan ölkəmiz bu dəfə kənarda qalıb.
Qardaş Türkiyənin iki klubunun rəqibləri bəlli olub. “Qalatasaray” və “Fənərbaxça” qrupda qarşılaşacağı komandalar müəyyənləşib.
Azərbaycan yığmasının üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” da qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirir. Polşa çempionu növbəti üç rəqibinin adını bilib.
Qeyd edək ki, qrup mərhələsi sentyabrın 16-da başlayacaq.
A qrupu
"Lion" (Fransa)
"Reyncers" (Şotlandiya)
"Sparta" (Çexiya)
"Bröndbü" (Danimarka)
B qrupu
"Monako" (Fransa)
PSV (Niderland)
"Real Sosyedad" (İspaniya)
"Şturm" (Avstriya)
C qrupu
"Napoli" (İtaliya)
"Lester" (İngiltərə)
"Spartak" (Rusiya)
"Legiya" (Polşa)
D qrupu
"Olimpiakos" (Yunanıstan)
"Ayntraxt" (Almaniya)
"Fənərbaxça" (Türkiyə)
"Antverpen" (Belçika)
E qrupu
"Latsio" (İtaliya)
"Lokomotiv" (Rusiya)
"Marsel" (Fransa)
"Qalatasaray" (Türkiyə)
F qrupu
"Braqa" (Portuqaliya)
"Srvena Zvezda" (Serbiya)
"Lüdoqorets" (Bolqarıstan)
"Midtülland" (Danimarka)
G qrupu
"Bayer" (Almaniya)
"Seltik" (Şotlandiya)
"Betis" (İspaniya)
"Ferentsvaroş" (Macarıstan)
H qrupu
"Dinamo" (Xorvatiya)
"Genk" (Belçika)
"Vest Hem" (İngiltərə)
"Rapid" (Avstriya)