Kişi sevgilisini öldürən 18 yaşlı gənc oğlan ruhi xəstəxanaya göndərildi
- 06.08.2013, 21:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə 18 yaşlı Əhmədağa Şıxəliyevin məhkəmə prosesi başlayıb. Gün.Az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə əlaqədar Baş Prokurorluğun verdiyi apelyasiya protesti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Əhmədağa Şıxəliyevin hadisəni törədərkən anlaqsız olması qənaətinə gələrək onun barəsində qərar elan edib. Qərara görə, Ə.Şıxəliyev barəsində sağalana kimi cinayət işi üzrə hökmün çıxarılması təxirə salınıb və ona ruhi xəstəxanada məcburi müalicə təyin edilib.
İttihama görə, Əhmədağa Şıxəliyev ötən il noyabrın 5-də Yasamal rayonu Vidadi küçəsindəki 33 nömrəli evdə münaqişə zəminində tanışı Fərəc Dadaşovu bıçaqla qətlə yetirib, sonra isə polisə könüllü təslim olub. Dindirmələr zamanı Ə.Şıxəliyev qətli pul üstündə törətdiyini bildirib.
Belə ki, Fərəc Dadaşov bir müddət əvvəl ondan 200 manat borca pul alıb. Cinsi azlıq nümayəndəsi olan dostlar sevgili olublar. Hadisə günü Ə.Şıxəliyev F.Dadaşovdan borcunu tələb etsə də, heç bir nəticəsi olmayıb və kişi cinsindən olan sevgililər arasında bu səbəbdən mübahisə yaranıb. Divanda əyləşən Fərəc qalxaraq Əhmədağaya bir neçə zərbə vurub. Bu zaman Əhmədağa Fərəcin cibindən divanın üstünə düşmüş bıçağı götürərək, onu qətlə yetirib.