Avropanın 33 ölkəsində koronavirusa yoluxma kritik həddə çatıb



Avropanın 33 ölkəsində koronavirusa yoluxma halları son 14 gündə 10%-dən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge yaydığı açıqlamada bildirib.

"Bəzi ölkələrdə xəstələrin sayı və ölüm halları artır. Keçən həftə bölgədə ölənlərin sayı 11% artıb, proqnoza görə, dekabrın 1-də Avropada xəstəlikdən 236 min ölüm halı gözlənilir", - Klüqe deyib.

Klüge bölgədə bu günə qədər təsdiqlənmiş 64 milyon yoluxma və 1,3 milyon ölüm halı qeydə alındığını söyləyib.

Onun sözlərinə görə, Balkanlar, Qafqazda və Orta Asiya respublikalarında xəstəlik halları xüsusilə kəskin artıb.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri